Qvardiola: "Rəqib daha yaxşı oynadı, qəbul etməliyik"

12:34 - 1 Oktyabr 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 7-ci turunda "Vulverhempton"a məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, "Sky Sports"a açıqlama verən ispaniyalı mütəxəssis rəqibin daha yaxşı oynadığını etiraf edib:

"Vulverhempton"u təbrik edirəm. Qələbəyə layiq idilər. Qol şanslarımız oldu, əlimizdən gələni etdik, əks-hücumlarla mübarizə aparmağa çalışdıq. Amma "Vulverhempton" daha yaxşı və sürətli oynadı. Biz bunu qəbul etməliyik".

"Mançester Siti" 18 xalla liderdir, "Vulverhempton" 7 xalla 13-cüdür.

Xəbər xətti