"Milan"ın sabiq forvardı Rusiyaya yollanacaq

17:53 - 24 Oktyabr 2023

Braziliyanın "İnternasyonal” klubunda çıxış edən "Spartak"ın sabiq hücumçusu Luis Adriano Rusiyaya qayıda bilər.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, forvard özü də buna hazır olduğunu açıqlayıb:

"İnternasyonal"la müqaviləm bitəndən sonra, Rusiyaya qayıtsam, şad olaram. Bu ölkəni çox bəyənirəm, orada çoxlu dostlarım var. Ona görə də yenidən Rusiyada oynamaq istəyərdim".

Luiz Adrianonun hazırkı komandası ilə müqaviləsi 2023-cü ilin sonuna kimidir.

36 yaşlı forvard karyerası ərzində "Şaxtyor"(Donetsk), "Milan", "Palmeyras", "Spartak"(Moskva), "Antalyaspor"da çıxış edib.

Xəbər xətti