"Göygöl"ün "Lerik" üzərində qələbəsi - VİDEO

16:52 - 8 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında X tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Lerik" öz meydanında "Göygöl"ü qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Göygöl" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 11 xalı olan "Lerik" isə 10-cu yerdədir.

“Lerik” – “Göygöl” 0:1
Qol: Kamal Həsən-pur, 7

Xəbər xətti