Millət vəkili Autizm Assosiasiyasının prezidenti seçildi - FOTOLAR

19:23 - 7 Dekabr 2023

Bu gün Azərbaycan Autizm Assosiasiyasının idarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda gündəlikdə bir sıra məsələlər müzakirə olunub. Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə Assosiasiyanın idarə heyətinə məlumat verib. Assosiasiyanın prezidenti və baş katibi vəzifəsinə seçkilər keçirilib.

Millət vəkili Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Turxan Mahmudov Assosiasiyanın fəxri prezidenti, Elnur Məmmədli Assosiasiyanın baş katibi seçilib. Gündəlikdə duran digər məsələlər müzakirə olunaraq, bir sıra qərarlar qəbul olunub.


Xəbər xətti