"Fənərbaxça"nın futbolçusu "Tottenhem" yolunda

14:55 - 28 Yanvar 2024

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Tottenhem" maraqlıdır. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

London təmsilçisi polşalı orta xətt oyunçusu üçün yayda Türkiyə klubuna 35 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini mövsümün əvvəlində Moskva "Lokomotiv"indən transfer edib. Polşa millisinin üzvü istanbul təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti