Totti: "Onun dərhal uğur qazanacağını gözləmirdim, amma ümid edirdim"

10:21 - 20 Mart 2024

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti komandanın baş məşqçisi Daniele De Rossinin rəhbərliyi altında uğurlu çıxışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, “Fotball Italia”ya açıqlama verən Totti sabiq komanda yoldaşı barədə xoş fikirlər səsləndirib:

"Onun dərhal uğur qazanacağını gözləmirdim. Amma ümid edirdim! O, əla məşqçi ola biləcəyini sübut edir. Mən də bütün “Roma” azarkeşləri kimi bundan sonra da uğur qazanacağına inanıram. “Roma” çətin klubdur. Daniele şəhəri və azarkeşləri tanıyır, ona görə də maksimum effekt əldə etmək üçün bütün elementləri bir araya gətirir".

Totti futbolçu karyerası ərzində yalnız "Roma"da oynayıb. O, 1992-2017-ci illərdə "canavarlar"ın heyətində 619 oyuna çıxıb, 250 qol vurub.

Xəbər xətti