"Sabah" heyətinə növbəti legioneri cəlb etməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, söhbət "Fakel"in müdafiəçisi Rayan Senhacıdan gedir.
Voronej təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan mərkəz müdafiəçisinin "Sabah"a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
Rayan hazırda təklifləri gözdən keçirir. Əslən Əlcəzairdən olan Fransa vətəndaşına daha bir klubumuz maraq göstərir.
O, karyerası ərzində “Soşo”, “Beziers”, “Montana”(Bolqarıstan), “Jmmerbuqt”(Danimarka), “Kabile”(Əlcəzair), “Pirin”, “Krumovqrad”(hər ikisi Bolqarıstan) klublarında oynayıb.
saytlarin hazirlanmasi