"Qarabağ" Bakıya qayıtdı, Qurbanov isə Belfasta getdi

15:52 - 17 İyul 2025

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

Sportal.az Report-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyib.

Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç 1:1 hesablı bərabərliklə başa çatıb. İki görüşün nəticəsinə əsasən 2:1 hesablı üstünlük əldə edən "Şelburn" 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" "Şelburn"la ilk oyunu iyulun 23-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti