U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Konstantinos Fellasdır, ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcəklər.
Dördüncü hakim isə Dmitris Solomudur.
Portuqaliya - Azərbaycan matçı sentyabrın 5-də keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
saytlarin hazirlanmasi