Çempionlar Liqasının Liqa fazasında "Qarabağ"ın rəqiblərindən olan "Napoli" iştirak ərizəsini UEFA-ya göndərib.
Sportal.az xəbər verir ki, baş məşqçi Antonio Konte siyahıya 24 futbolçunun adını daxil edib.
Komandanın liderlərindən olan Romelu Lukaku iştirak ərizəsində yer almayıb. Belçikalı hücumçu uzunmüddətli sıradan çıxıb. O, zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 25 noyabr tarixində İtaliyada baş tutacaq.
saytlarin hazirlanmasi