Bu ilin iyul ayında Yusif İmanov "Sabah"la müqaviləsinə birtərəfli qaydada xitam vermişdi. Millimizin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım etmişdi.
Bunun nəticəsində tərəflər bir-birinə qarşı iddia qaldırmış, hər iki tərəf futbolçunun bir illik maaşı qədər, 53 min manat kompensasiya tələb etmişdi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Yusif İmanovun xeyrinə qərar çıxarıb. "Sabah" sabiq futbolçusuna 10 min manat ödəniş etməli olacaq.
Qeyd edək ki, Yusif İmanov "Kəpəz"lə müqavilə bağladığı üçün oradan illik alacağı məbləğ 53 min manatdan çıxılıb. Yekunda İmanova ödəniləcək məbləğ 10 min manat hesablanıb.
saytlarin hazirlanmasi
