"Neftçi"nin baş məşqçi postuna namizədlər arasında göstərilən Viktor Qonçarenko Belarusda işləməyə yaxındır.
Sportal.az xəbər verir ki, hazırda işsiz olan 48 yaşlı mütəxəssis Belarus Futbol Federasiyasından təklif alıb.
Belarus mətbuatının iddiasına görə, o, milli komandanı çalışdıra bilər. Hazırda federasiya rəsmiləri ilə danışıqlar davam etdirilir.
Qonçarenko karyerası ərzində BATE(Borisov), "Kuban", "Ural", ÇSKA, "Ufa", "Nijni Novqorod" klublarında işləyib.
saytlarin hazirlanmasi
