İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford Premyer Liqaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Caught Offside" yayıb.
London təmsilçisi müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Reşfordu yayda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Markus Reşford mövsümün əvvəlində "Barselona"ya keçib. 28 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
