Misli Premyer Liqasında 14-cü tura start verilir.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Zirə" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Turun digər matçları 7-8-9 dekabr tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
14-cü tur
6 dekabr (şənbə)
“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:00
