Uğursuz mövsüm keçirən "Liverpul"un düşərgəsində gərginlik artır.
Sportal.az xəbər verir ki, kapitan Vircil van Deyk baş məşqçi Arne Slotun Məhəmməd Salahı ehtiyat oyunçular skamyasında saxlaması barədə qərarını dəstəkləyib. Niderlandlı müdafiəçi bildirib ki, toxunulmaz futbolçu yoxdur, söhbət klubun əfsanələrindən belə getsə:
“Limitsiz kredit anlayışı mövcud deyil. Hər kəs heyətə düşmək üçün ən yüksək səviyyədə çıxış etməlidir. Salah bunu illərlə edib. Lakin baş məşqçi son iki matçda belə qərar verdi. Biz hamımız klub üçün ən yaxşısını istəyirik. Heç kim yalnız keçmiş nailiyyətlərinə görə əsas heyətdə oynayacağına ümid edə bilməz”.
Kapitanın bu şərhləri “Liverpul”un dərin oyun böhranı fonunda səslənib. Arne Slotun komandası mövsümün ağır bir mərhələsini yaşayır. "Qırmızılar" Premyer Liqada 14 oyunda 6 məğlubiyyət alıb.
saytlarin hazirlanmasi
