3 ay əvvəl "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfində

12:57 - 6 Dekabr 2025

"Spartak"ın müdafiəçisi Aleksandr Ciku Türkiyə Super Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" qanalı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Cikunun oyununu bəyənir. "Qara qartallar" 31 yaşlı mərkəz müdafiəçisini yanvar ayında transfer etmək üçün Rusiya klubu ilə danışıqlara başlayacaq. Təcrübəli oyunçu özü də Türkiyəyə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Spartak" Aleksandr Cikunu bu ilin sentyabr ayında "Fənərbaxça"dan 2,5 milyon avroya transfer edib. Qana millisinin üzvü Moskva təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti