"Qarabağ"ın rəqibi fransalı hücumçu transfer edir

10:25 - 3 Yanvar 2026

"Nottingem Forest"in hücumçusu Arno Kalimuendo karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Ayntraxt" fransalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Kalimuendo icarə əsasında Frankfurt təmsilçisinə qoşulacaq. Klublar arasında anlaşmada satınalma bəndi də yer alıb.

"Nottingem Forest" Arno Kalimuendonu mövsümün əvvəlində "Renn"dən 30 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində"Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 21 yanvar tarixində Bakıda keçiriləcək.

Xəbər xətti