"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Paris" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif göndərib. Liqa 1 təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Super Liqa nəhəngi təcrübəli oyunçunu 4-5 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm "Beşiktaş"ın heyətində 11 rəsmi matçda meydana çıxıb. Onun "ağ-qaralar"la müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
