"Yurqorden"in hücumçusu "Beşiktaş"a keçə bilər

17:10 - 3 Yanvar 2026

"Yurqorden"in hücumçusu Avqust Priske karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "HT Spor" məlumat yayıb.

İstanbul nəhəngi Priske üçün onun klubu ilə danışıqlara başlayıb."Qara qartallar"ın 21 yaşlı forvardın keçidini yaxın günlərdə rəsmiləşdirmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Yurqorden" Avqust Priskeni 2014-cü ilin yayında "Midyullann"dan 300 min avroya transfer edib. Danimarka U-21 millisinin üzvü İsveç təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti