"Feyenoord"un müdafiəçisi Civayro Rid yayda klubdan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" və "Mançester Siti" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hər iki klub yay transfer pəncərəsində 20 yaşlı sağ cinah müdafiəçisiini heyətinə qatmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, Niderland U-21 millisinin üzvü olan Civayro Rid 2025/26 mövsümündə "Feyenoord"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
