"Liverpul"dan ayrılan Endryu Robertsonun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, şotlandiyalı futbolçu "Tottenhem"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Təcrübəli oyunçu yeni komandasına 1 iyul tarixində qoşulacaq.
Qeyd edək ki, Endryu Robertson 2025/26 mövsümündə "Liverpul"un heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
