Qazaxda kütləvi futbol festivalı keçirildi - FOTOLAR

17:15 - 5 İyun 2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, eləcə də Qazax şəhərinin 2026-cı ilin idman paytaxtı seçilməsi ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.

Sportal.az xəbər verir ki, Qazaxda yaşayan 100-dən çox uşağın iştirak etdiyi tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, eləcə də futbolun kütləviliyinin artırılması olub.

Festival zamanı iştirakçılar müxtəlif futbol oyunlarında və əyləncəli estafet yarışlarında qüvvələrini sınayıblar. Uşaqlar komandalar şəklində təşkil olunan oyunlarda fəallıq nümayiş etdirərək idman bacarıqlarını sərgiləyiblər.

Tədbirin sonunda AFFA tərəfindən uşaqlara futbol topları hədiyyə edilib. Hədiyyələri AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

İştirakçılar təşkil olunan tədbirdən məmnunluqlarını ifadə edərək, gələcəkdə də bu cür futbol festivallarının keçirilməsini arzuladıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.


Xəbər xətti