"Reyms"in qapıçısı Even Jauen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Nyukasl" fransalı qolkiperin keçidini həll edib. Bu barədə "Canal Plus" məlumat yayıb.
İngiltərə klubu Jauen üçün 24 milyon avro təzminat ödəyəcək. 20 yaşlı "əlcək sahibi" ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2023-cü ilin yayından "Reyms"də çıxış edir. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda qapısında 35 qol vurub.
saytlarin hazirlanmasi
