Zaur Həşimov: "İşimiz asan olmayacaq"

20:18 - 5 İyun 2026

“Şəfa”nın yeni baş məşqçisi Zaur Həşimov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, mütəxəssis yeni transferlərin olacağını deyib:

“Şəfa” mənim üçün doğma klubdur. Futbolçu kimi çıxış etdiyim komandaya baş məşqçi kimi döndüyüm üçün şadam. “Şəfa” uzun illər sonra Premyer Liqaya qayıtdı. Bu, bizim üçün böyük məsuliyyətdir. Etimada görə klubun prezidenti Kənan Sadıqlıya təşəkkür edirəm.

Əlbəttə, işimiz asan olmayacaq. Ölkə çempionatının startına 2 aydan bir qədər artıq vaxt qalıb. Bu, yeni komanda üçün elə də uzun müddət deyil. Görüləcək işlər çoxdur. Heyətlə bağlı planlarımız var. Komandada olan futbolçular barədə qərar verəcəyik. Yeni transferlərimiz də olacaq. Mənim bu komandaya gəlməyimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Xəbər xətti