"Şamaxı"da 17-ci ayrılıq - RƏSMİ

14:20 - 6 İyun 2026

"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Alfons Msanqa ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tanzaniyaalı dayaq yarımmüdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb.

22 yaşlı futbolçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol vurub.

Qeyd edək ki, "Şamaxı" mövsüm bitdikdən sonra Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev,  Sezar Enrike və Ravil Qafarovla yollarını ayırıb.


Xəbər xətti