"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Leverkuzen klubu "Hoffenhaym"dan Luka Erlaynı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bayer" almaniyalı futbolçu üçün 2 milyon avro təzminat ödəyib. 19 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Almaniya U-19 millisinin üzvü olan Luka Erlayn "Hoffenhaym"ın ikinci komandasında çıxış edirdi.
saytlarin hazirlanmasi
