"Real" 19 yaşlı hücumçu Yan Diomande ilə şəxsi müqavilənin şərtləri üzrə şifahi razılıq əldə edib.
Sportal.az xəbər verir ki, İnsayder Fabritsio Romanonun məlumatına görə, daha əvvəl PSJ-nin etdiyi kimi, Madrid təmsilçisi də futbolçunun potensial müqavilə şərtlərinə razılığını alıb.
İndi “Real” "Leyptsiq" üçün yeni təklif hazırlayır. Alman klubu daha əvvəl 90 milyon avro + 10 milyon avro bonus məbləğindəki təklifi rədd etmişdi.
Bununla yanaşı, PSJ də Diomandenin nümayəndələri ilə yenidən əlaqə saxlayıb və gənc hücumçunun transferi uğrunda mübarizəni davam etdirmək niyyətindədir. Beləliklə, futbolçunun transferi uğrunda “Real" və PSJ arasında rəqabət davam edir.
saytlarin hazirlanmasi
