Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Şəfa" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra Tsxadadze matç haqda fikirlərini bölüşüb:
"Komandaya yeni futbolçular cəlb olunub və onların adaptasiyası üçün bir qədər vaxt lazımdır. Yeni transferlərimizdən Meşak ilk oyununa çıxdı. Düşünürəm ki, onun potensialı böyükdür. Keyfiyyətli futbolçudur və inanıram ki, bizə çox köməyi dəyəcək. Hazırda komandanı yaratmaq mərhələsindəyik. Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez bitirib komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər.
İkinci hissədə 9 nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar".
saytlarin hazirlanmasi
