"Növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik" - "KuPS"un baş məşqçisi "Sabah"a qarşı matç barədə

13:22 - 26 İyul 2026

Finlandiyanın “KuPS” klubunun baş məşqçisi Miyka Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, finlandiyalı məşqçi komandasının Bakıdakı məğlubiyyətini də şərh edib:

“Təbii ki, Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir. Buna baxmayaraq, biz Bakıda komandanı oyunda saxlayan nəticə əldə etdik. Lakin növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik”. Qeyd edək ki, “KuPS” – “Sabah” oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.

Xəbər xətti