"Barselona"nın müdafiəçisi Jerar Martin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
A Seriyası nəhəngi Martin üçün La Liqa klubuna 35 milyon avro ödəməyə hazırdır. 24 yaşlı mərkəz müdafiəçisi ilə "Çelsi" də yaxından maraqlanır.
Qeyd edək ki, 2023-cü ilin yayından "Barselona"da çıxış edir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində 51 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
