“Qəbələ” yeni futbolçu ilə anlaşıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Bruno Silvanı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb.
28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.
saytlarin hazirlanmasi
