"Neftçi" növbəti transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, söhbət "Botoşani"nin futbolçusu Sebastian Mailatdan gedir. “ağ-qaralar” rumın futbolçuya təklif göndərib.
Bu barədə futbolçu özü məlumat verib. O, FKSB- “Botoşanı” görüşündən sonra Rumıniyanın "gsp.ro" saytına açıqlama verib:
"Bilmirəm, bu mənim sonuncu oyunum idi, ya yox. “Neftçi” ilə danışıqlar gedir. Müəyyən detalları həll etmək qalıb və bu həftə hər şey bəlli olacaq. Klublar razılığa gəliblər, qərar məndən asılıdır. Əlbəttə, bu, mənim üçün irəliyə doğru addımdır. Ötən mövsüm yaxşı çıxış etmişdim və daha yaxşı səviyyəyə keçmək istəyirdim. Güclü bir çempionatda oynayacağam. Əlimdən gələnin ən yaxşısını etməyə və futboldan zövq almağa çalışacağam".
Rumıniya mətbuatının iddiasına görə, "Neftçi" rumın üçün “Botoşani”yə 400 min avro ödəyəcək.
28 yaşlı vinger "Poli Timişoara", "ÇFR Kluj", "Qaz Metan", "Universitatya Kluj", "Voluntari", "Suvon", "Sepsi" klublarında oynayıb.
saytlarin hazirlanmasi
