Seneqal milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Afrika təmsilçisini Patrik Vieyra çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Seneqal əsilli fransalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Patrik Vieyranın son iş yeri İtaliyada "Cenoa" klubu olub. O, Seneqal yığmasında Pap Tyavı əzəvləyib.
saytlarin hazirlanmasi
