“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda “Tvente”yə qarşı ilk oyununu buraxa bilər.
Sportal.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
Onun sabahkı matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir. "Tvente" - "Qarabağ" matçı avqustun 20-də Enşededəki "De Qrols Veste" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Əlavə edək ki, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynamayacağı dəqiqdir.
saytlarin hazirlanmasi
