"Napoli" italiyalı müdafiəçi ilə anlaşdı

13:18 - 19 Avqust 2026

"Napoli" İtaliya millisinin müdafiəçisi Konstantino Favazulini heyətinə qatıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu "Katandzaro"dan icarəyə götürülüb.

Bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

Müqavilədə italiyalının məcburi satınalma şərti də var.

Neapol təmsilçisi icarə üçün qarşı tərəfə 1 milyon avro ödəyəcək.

Favazuli "Fiorentina"nın yetirməsidir, o, daha əvvəl "Ternana" və "Bari" klublarında da çıxış edib. 

Xəbər xətti