"Barselona"nın əfsanəvi müdafiəçisi Karles Puyol "Real"ın (Madrid) baş məşqçisi Joze Mourinyonu tərifləyib.
Sportal.az xəbər verir ki, ispaniyalı veteran futbolçu Mourinyonun əla məşqçi olduğunu və onun oynadığı dövrlərdəki rəqabətini xatırladığını söyləyib:
"Söhbət əla məşqçidən gedir. Onunla “Barselona”nın akademiyasından əsas komandaya keçərkən tanış olmuşdum. Artıq onun futbol haqqında çox şeyə bələd olduğunu bilirdik. Sonra əla karyera qurdu və “Real”a gəldi. Biz çox güclü səviyyədə idik və mən o böyük rəqabəti xatırlayıram. "Barselona" güclü komanda olaraq qalır. Lakin Mourinyonun geri qayıdışı ilə "Real" daha da güclənib".
48 yaşlı sabiq müdafiəçi 1999-2014-cü illərdə “Barselona”nın heyətində 392 matçda 12 qol vurub.
saytlarin hazirlanmasi
