İngiltərənin "Aston Villa" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, birmingemlilər "Parma"dan Zion Sudzukini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Aston Villa" yaponiyalı qolkiper üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyib. 23 yaşlı "əlcək sahibi" ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Zion Sudzuki 2025/26 mövsümündə "Parma"nın heyətində meydana çıxdığı 22 rəsmi matçda 30 qol buraxıb. O, 6 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
