“Barselona” Dominik Livakoviçin transferi üzərində işi sürətləndirib.
Sportal.az xəbər verir ki, Kataloniya klubu 31 yaşlı xorvat qapıçı ilə şəxsi şərtlər üzrə razılığa gəlib. Bundan sonra “Barselona” ilə “Fənərbaxça” arasında transferin şərtləri üzrə danışıqlar başlayıb.
“Barselona”nın planına əsasən, Livakoviç əvvəlcə bir mövsümlük icarəyə göndərilə, daha sonra isə 2027-ci ildə komandaya qayıdaraq Xuan Qarsiyanın ehtiyat qapıçısı ola bilər. Klublar arasında mümkün transfer məbləğinin təxminən 3 milyon avro + bonuslar olacağı barədə məlumatlar da yayılıb, lakin yekun razılaşma hələ rəsmiləşməyib.
saytlarin hazirlanmasi
