"Rayo Valyekano"nun yarımmüdafiəçisi Pate Siss karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" seneqallı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Siss İstanbul nəhənginə keçməyə isti yanaşır. İspaniya klubu 32 yaşlı futbolçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Pate Siss 2021-ci ilin yayından "Rayo Valyekano"da çıxış edir. Seneqal millisinin üzvü 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində 43 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyununda başa çatır.
saytlarin hazirlanmasi
