"Mançester Yunayted" "Arsenal"ın müdafiəçisini transfer etmək istəyir

17:34 - 24 Avqust 2026

"Mançester Yunayted" "Arsenal"ın müdafiəçisi Maylz Lyuis-Skellini transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Samuel Lakrest məlumat yayıb.

London klubu ingiltərəli futbolçunu satmağa hazırdır. Onlar Lyuis-Skelli üçün 60 milyon avro tələb edirlər. "Mançester Yunayted" isə bu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, Maylz Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. 19 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti