"İnter" İtaliya millisinin üzvü ilə müqavilə imzalayacaq

19:59 - 26 Avqust 2026

"İnter" Avropanın bir çox klubunun transfer siyahısında yer alan hücumçu Pio Espositonun müqaviləsinin müddətini artıracaq.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliyalı futbolçunun 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşməsi yeni şərtlərlə daha 1 il müddətinə uzadılacaq. 21 yaşlı forvardın illik maaşı 3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Pio Esposito "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü A Seriyasında mövsümün ilk matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti