"Çelsi" argentinalı qolkiperi transfer edir - 7.5 milyon funt-sterlinqə

23:09 - 27 Avqust 2026

Emiliano Martínes “Çelsi”yə keçəcək.

Sportal.az xəbər verir ki, "Çelsi" 33 yaşlı qapıçının transferi ilə bağlı "Aston Villa" ilə şifahi razılığa gəlib. İnsayder Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 7,5 milyon funt-sterlinq təşkil edəcək.

Futbolçu “Çelsi” ilə 2 illik müqavilə imzalayacaq və anlaşmada daha 1 il uzatma opsiyası nəzərdə tutulacaq.

Qeyd edək ki, Martines ötən mövsüm Premyer Liqada 32 oyunda 39 qol buraxıb.

Xəbər xətti