"Liverpul" "Mançester Siti"dən 87 milyon avro tələb edir

15:50 - 28 Avqust 2026

"Liverpul"un futbolçusu Kodi Qakpo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" niderlandlı vingeri transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Liverpul" Qakponu satmağın əleyhinə deyil. Mersisayd təmsilçisi 27 yaşlı oyunçu üçün 87 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Liverpul" Kodi Qakponu 2023-cü ilin yanvarında PSV-dən 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü "qırmızılar"ın heyətində meydana çıxdığı 181 rəsmi matçda 51 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti