"Trabzonspor"un rəqibləri məlum oldu - Konfrans Liqası

18:56 - 28 Avqust 2026

UEFA Avropa Konfrans Liqasında Liqa mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, tədbirdə Türkiyəni turnirdə təmsil edən "Trabzonspor"un da rəqibləri müəyyənləşib.

Super Liqa təmsilçisi doğma meydanda "Frayburq" (Almaniya), "Harts" (Şotlandiya) və "Yablonets"lə (Çexiya) qarşılaşacaq. "Trabzonspor" səfərdə isə "Srvena Zvezda" (Serbiya), "KuPS" (Finlandiya) və ÇSKA-nın (Sofiya, Bolqarıstan) qonağı olacaq.

Qeyd edək ki, Konfrans Liqasının əsas mərhələyə oktyabrın 15-də start veriləcək.

Xəbər xətti