Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya edilib.
Sportal.az xəbər verir ki, idmançının nümunəsində qadağan edilmiş anabolik androgenik steroidlər qrupuna daxil olan metribolon maddəsi aşkarlanıb.
Fazilə İmanovaya tətbiq olunan sanksiya 15 may 2026-cı ildən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.
saytlarin hazirlanmasi
