İki saatdan çox qarın altında qalaraq rekord qıran "Soyuqlar kralı" Damian Kaspşik daha bir titulla geri qayıdıb.
Sportal.az xəbər verir ki, polşalı həvəskar ekstremal bu dəfə 1 saat 29 saniyə suyun altında qalmaqla buzlu suda ən uzun müddət qalan kişi rekordunu qırıb.
O, ötən il Valerjan Romanovskinin (Polşa) müəyyənləşdirdiyi 58 dəqiqəlik əvvəlki göstəricini üstələyib.
Həmçinin 5 saat 1 dəqiqə 33 saniyə ilə qarla tam bədən təmasında olan ən uzun müddət (kişi) rekordunun sahibi olan Damian buzlu suyun altında olmağın daha çətin olduğunu bildirib:
"Suda olarkən başınız vasitəsilə külli miqdarda bədən istiliyi itirirsiniz. Bundan əlavə, iş o yerdə idi ki, cəhd zamanı komandamla əlaqə saxlaya bilmirdim. Halbuki əvvəlki rekordlarım zamanı bunu edə bilirdim. Vəziyyəti daha da çətinləşdirmək üçün başlanğıcdan bəzi avadanlıq problemləri yaşadıq ki, bu da əlavə diqqət yayındıran səbəb oldu. Başlanğıcdakı texniki nasazlıqlar və sadəcə olaraq həmin gün ən yaxşı formada olmamağım səbəbindən bu, gözləniləndən çox daha çətin mübarizəyə çevrildi. Lakin şadam ki, problemlərə baxmayaraq uğur qazana bildik".
Artıq üç soyuğa dözümlülük rekordu olan 41 yaşlı idmançı əldə etdiyi nailiyyətlərdən hədsiz dərəcədə məmnun olduğunu, lakin bunun hələ son demək olmadığını bildirib:
"Mən artıq soyuqla təmas və ekstremal şəraitdə insan dözümlülüyünün sərhədlərini aşmaqla bağlı növbəti sınaq üçün hazırlıqlara başlamışam".
Buzlu suda ən uzun müddət qalan qadın rekordu isə 1 saat 38 saniyədir. Bu nailiyyət 19 dekabr 2025-ci il tarixində Polşanın Sopot şəhərində Maria Bodaj (Polşa) tərəfindən əldə edilib.
saytlarin hazirlanmasi
