Millimizin sabiq üzvü II Liqa klubunda - RƏSMİ

16:54 - 2 Sentyabr 2026

2026/27 mövsümündə Azərbaycan II Liqasında mübarizə aparacaq "Zəngəzur" heyətinə 4 futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, klub Cavid Tağıyev, Nurlan Novruzov, Şahin Zəkiyev, Tural Qürbətovla müqavilə imzalayıb.

Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə", "Turan Tovuz", AZAL, "Sabah", "Səbail" kimi klublarda çıxış edib. 34 yaşlı vinger Azərbaycan yığmasında 2 oyunda forma geyinib.

Zəkiyev "İmişli", "İrəvan", Novruzov "Sumqayıt", "Bakı", Qürbətov isə "Bakı", "Sabah", "Kəpəz", "Xankəndi" kimi klubların formasını geyinib.

Xəbər xətti