“Neftçi” qapıçı Kenan Piriçlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bosniya və herseqovinalı qolkiperlə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş 32 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 29 rəsmi oyun keçirib.
saytlarin hazirlanmasi
