Çempionlar Liqasının qrup mərhələsində 26 klub - "Qarabağ" 6 komandadan biri olacaq?

12:33 - 27 May 2019

2019/20 mövsümündə 26 komanda Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanacaq.

 

Sportal.az xəbər verir ki, ÇL-in qrup mərhələsində iştirak edəcək 25 komanda məlumdur:

 

İngiltərə: Mançester Siti, Liverpul, Çelsi, Tottenhem;

İspaniya: Barselona, Atletiko, Real, Valensiya;

İtaliya: Yuventus, Napoli, Atalanta, İnter;

Almaniya: Bayern Münhen, Borussiya Dortmund, Leyptsiq, Bayer Leverkuzen;

Fransa: PSJ, Lill;

Rusiya: Zenit, Lokomotiv;

Portuqaliya: Benfika;

Belçika: Genk;

Ukrayna: Şaxtyor;

Türkiyə: Qalatasaray;

Avstriya: Zalsburq*

 

UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibləri də bu siyahıya əlavə ediləcək. ÇL-in finalçıları - "Liverpul"la "Tottenhem" çempionatdakı mövqeylərinə görə vəsiqəni təmin etdikləri üçün "Zalsburq" qrup mərhələsindən mübarizəyə başlayacaq.

 

Avropa Liqasının finalında "Arsenal" "Çelsi"yə qalib gəlsə, Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək. Əgər "Çelsi" qalib gəlsə, Fransa çempionatını 3-cü pillədə başa vuran "Lion" klubunu da qruplara daşıyacaq. "Çelsi" həm də daxili çempionatda Çempionlar Liqasına vəsiqəni təmin edib.

 

Qrup mərhələsinə vəsiqənin digər 6 sahibi isə təsnifat mərhələsinin oyunlarından sonra müəyyənləşəcək. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" klubu I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

Qrup mərhələsinin boş olan 6 yerinə "Qarabağ"la yanaşı, "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), ÇFS Kluj (Rumıniya), AİK (İsveç), "Bazel", "Yanq Boyz" (İsveçrə), LASK (Avstriya), PAOK, "Olimpiakos" (Yunanıstan), "Başakşəhər" (Türkiyə), PSV, "Ayaks" (Hollandiya), "Viktoriya", "Slaviya) (Çexiya), "Makkabi" (Təl-Əviv, İsrail), APOEL (Kipr), "Kopenhagen" (Danimarka), "Dinamo" (Zaqreb, Xorvatiya), "Krasnodar" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Brügge" (Belçika), "Portu" (Portuqaliya) kimi klublar göz dikib.

 

"Qarabağ" I təsnifat mərhələsində səpələnmişlər sırasında yer alıb və səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

 

Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:

 

Çempionlar Liqası
I təsnifat mərhələsi

 
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi.
 
İlkin mərhələ
 
Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu

 

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.

 

Xəbər xətti