Türkiyənin "Başakşəhər" klubunda növbəti ayrılıq baş verib.
Sportal.az "skorer"ə istinadən xəbər verir ki, Əmrə Belözoğlunun ardından Arda Turan da İstanbul klubundan ayrılıb. İcarə müqaviləsi başa çatan futbolçu ilə yollar ayrılıb.
32 yaşlı yarımmüdafiəçini "Barselona" satış siyahısına qoyub. Türkiyəli futbolçu ilə İtaliyanın "İnter" klubunun maraqlandığı iddia edilib.
Arda ötən mövsüm 16 oyuna 3 assist edib.
saytlarin hazirlanmasi